BolgeXeber.Com » Media » Elşad Hacıyev haqqında çirkin kampaniya aparanlar layiqli cəzalarını alacaqlar

Elşad Hacıyev haqqında çirkin kampaniya aparanlar layiqli cəzalarını alacaqlar

17-10-2019, 10:02
Oxunub: 7 678 Elşad Hacıyev haqqında çirkin kampaniya aparanlar layiqli cəzalarını alacaqlarElşad Hacıyev Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbərdir

Elşad müəllimin rəhbərlik etdiyi bu qurum ölkədə bəzi qurumlardan fərqli olaraq günün hər saatı jurnalistlərin zənglərinə cavab verən, hər hansı cinayət hadisəsi baş verərsə, operativ araşdırmağa yardımçı olan yeganə qurumdur. Hətta Bakı polisi ilə bağlı sadə vətəndaş belə zəng etsə, onun probleminin həll olunması üçün əlindən gələni etməyə çalışır. Amma çox təəssüf ki, bunu gözü götürməyən özümüzdən olan balta sapları var.

Bir neçə gün əvvəl sosial şəbəkədə "onu öldürən şəxsə 10 min manat verəcəyəm" məzmununda məlumat yayılmışdı. Bu gün o qara qüvvələr yenidən fəallaşıblar. Elşad Hacıyev haqqında çirkin kampaniya aparırlar. Ümidvarıq ki, saxta profillər altında qəhrəmanlıq edənlər bir gün öz layiqli cəzalarını alacaqlar!