XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Tərtər rayon Heydər Əliyev Mərkəzində Gənc Mədəniyyət işçilərinin növbəti görüşü keçirilib

Tərtər rayon Heydər Əliyev Mərkəzində Gənc Mədəniyyət işçilərinin növbəti görüşü keçirilibBərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzində Gənc Mədəniyyət işçilərinin növbəti görüşü keçirilib.

Tərtər rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə regional idarə üzrə şəhər və rayonlarda çalışan gənc mədəniyyət işçiləri iştirak edib.

Tədbirdən öncə gənc mədəniyyət işçiləri Ulu Öndərin abidəsi önünə gül dəsatələri düzüblər.

Tədbiri giriş sözü ilə açan regional idarənin baş məsləhətçisi, Tərtər rayon üzrə nümayəndə Ceyhun İsmayılzadə tədbir iştirakçılarını salamlayıb və bu kimi tədbirlərin regional idarə tərəfindən mütəmadi olaraq keçirildiyini diqqətə çatdırıb. Sonra Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi, ölkə rəhbəri tərəfindən bu sahəyə xüsusi diqqətin yetirilməsi və region gənclərinin geniş fəaliyyəti barədə video çarx nümayiş etdirilib.

Çıxış edən regional idarənin rəis müavini Validə Nabatova ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gələcək nəslin intellektual səviyyəsinin artmasına müsbət təsir göstərdiyini bildirmiş, gənc nəslin düzgün yetişdirilməsinin ölkə siyasətində önəmli yer tutduğunu vurğulamış və bu sahədə gələcək fəaliyyət istiqamətlərini gənclərin diqqətinə çatdırmışdır.

Regional idarənin məsləhətçisi, mətbuat xidmətinin rəhbəri Əhliyyət Əliyev 3 noyabr 2015-ci ildə yaradılmış Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ qrupunun fəaliyyətindən, regional idarənin bu sahədə həyata keçirdiyi tədbirlərdən və bu sahədə gələcəkdə nəzərdə tutulan layihə və təkliflərdən danışıb. O cümlədən bu gün mədəniyyət sahəsində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, inteqrasiyası, müəssisələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən bəhs edib.

Daha sonra çıxış edən regional idarənin məsləhətçisi Fərid Hacıyev bildirib ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Tədbir maraqlı diskussiya şəklində davam edib.

Tədbirdən sonra regional idarənin rəisinə tədbir haqqında ətraflı məlumat verilib və müvafiq qərarlar qəbul edilib.
Tərtər rayon Heydər Əliyev Mərkəzində Gənc Mədəniyyət işçilərinin növbəti görüşü keçirilib
Tərtər rayon Heydər Əliyev Mərkəzində Gənc Mədəniyyət işçilərinin növbəti görüşü keçirilib
Tərtər rayon Heydər Əliyev Mərkəzində Gənc Mədəniyyət işçilərinin növbəti görüşü keçirilib
Tərtər rayon Heydər Əliyev Mərkəzində Gənc Mədəniyyət işçilərinin növbəti görüşü keçirilib
Bölmə: Bölgə | 17 oktyabr 2019 10:44





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: