"Maşın Şou"da gərgin anlar: Suna özündən çıxdı (VİDEO)
17-10-2019, 12:17
Oxunub: 12 434
"Maşın” şounun finalı davam edir.
Bolgexeber.com axşam.az-a istinadən xəbər verir ki, proqramın ötən gün yayımlanan buraxılışında avtomobilin ətrafında dayanan aparıcı Suna Kasımoğlunun digər finalistlər müğənni Ramal İsrafilov və həmkarı Lalə Mustafayevaya təzyiq etməsi gözdən yayınmayıb.
Ramal şounun gedişi zamanı Sunadan əlini çəkərsə, özünün də çəkəcəyini, maşının Laləyə qalmasının tərəfdarı olduğunu deyib. "İkimiz də əlimizi çəksək, istəyərəm ki, maşın Lalənin olsun” deyə, Ramal bildirib.
Aparıcı isə bununla razılaşmayıb. L.Mustafayeva isə onun bu addımına "Lalənin anası üç dəfə şok yaşadı, tamaşaçıları bütün pulları xərclədi, mikroinfarkt keçirdi. Suna heç nə etmədi, sadəcə susdu. İndi isə əlini çəkmək istəmir” sözləri ilə etiraz edib.
Onun bu sözləri S.Kasımoğlunu özündən çıxarıb:
"Lalə, yaxşısan? Haqlı və ya haqsız yolla finala gəlməyim barədə fikirləriniz mənə maraqlı deyil. Çöldə görüşməyəcəyim insanlardan birisən. Qorxuna görə insanlardan üzr istədin. Səninlə nə burada, nə də çöldə danışmaq istəmirəm. Sən üzünü çox yaxşı göstərdin”.
Qeyd edək ki, ötən günlərdə səsverməyə çıxan L.Mustafayeva S.Kasımoğlu haqda "Belə bir böyük yarışma qardaş Türkiyədə olsaydı, yəqin azərbaycanlı 11 gün qalmazdı. Böyük diqqət göstərmişik” deyə, söyləmişdi.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə