BolgeXeber.Com » Dünya » Türkiyədə deputatın oğlu qala divarından yıxılaraq ölüb

Türkiyədə deputatın oğlu qala divarından yıxılaraq ölüb

17-10-2019, 12:19
Oxunub: 4 933 Türkiyədə deputatın oğlu qala divarından yıxılaraq ölübTürkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, millət vəkili Semih Yalçının oğlu Turan İlteber Yalçın Ankara qalasından yıxılaraq ölüb.

“Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Ötən gecə Türkiyə bayrağının olduğu Ankara qalasından iki nəfər yıxılıb. Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb edilib.

Araşdırma zamanı gənclərin 70 metr hündürülükdən düşdükləri məlum olub. Onlar yıxılan zaman qayalara çarpılıblar. Nəticədə gənclərdən bir ölüb, digəri yaralanıb.

Ölən gənc MHP sədrinin müavini Semih Yalçının oğludur. Yaralı gənc dövlət xəstəxanasına yerləşdirilib.