BolgeXeber.Com » Bölgə » ”Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”

”Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”

17-10-2019, 16:47
Oxunub: 6 237 ”Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Heydər Əliyev Mərkəzində 18 Oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar "Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" adlı tədbir təşkil olunub.

Tədbiri giriş sözü ilə mərkəzin direktoru Arifət Əhmədova açaraq qeyd edib ki, qədim zamanlarda Azərbaycan ərazisində bir sıra müstəqil dövlətlər mövcud olmuşdur. Lakin tarixi proseslər və hadisələr nəticəsində Azərbaycan xalqı müəyyən dövrlərdə özünün dövlət müstəqilliyini itirmişdir. Dövlət Müstəqilliyinin bərpası Azərbaycan xalqının və millətinin başlıca məqsədi olmuşdur. 1918-ci ildə şərqdə ilk demokratik respublikanın yaranması böyük məna kəsb etmiş, lakin 23 aydan sonra süqutundan sonrada müstəqillik ideyası ictimai şüurda həmişə mövcud olmuşdur. Müstəqil dövlət yaradılması, dövlətçiliyimizin bərpası ideyası müstəqilliyimizin itirilməsindən sonrakı mərhələdə xeyli müddət davam etmişdir.

Daha sonra çıxış edən regional idarənin məsləhətçisi Kəmalə Rəfibəyli bildirib ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra, təbidir ki, birinci növbədə öz sərhədlərinin mühafizəsini təmin etməli idi. Çünki hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri onun dövlət sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır. Biz keçmişdə müstəqil dövlət olmamışıq, sərhədi mühafizə etmək təcrübəmiz olmayıbdır. Bu illər Azətbaycan üçün asan olmayıbır. Biz bir neçə sinaqlardan keçmişik, bir neçə dəfə Azərbaycanda qanuni hakimiyyəti devirməyə çalışıblar. Ancaq biz 1993-ildən başlayaraq - 1994-cü və 1995-ci illərdə Azərbaycanda hakimiyyət çevirilişinə cəhd edənlərin qarşısı alındı.

Tədbir şagirdlərin ifasında müstəqillik gününə həsr olunmuş kompozisiya ilə davam edib.
Bolgexeber.com
”Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”
”Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”
”Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”