BolgeXeber.Com » Gündəm » Mircavad Haşımov rəislik iddiasındadır-Görəsən ona DUR deyən tapılacaqmı?

Mircavad Haşımov rəislik iddiasındadır-Görəsən ona DUR deyən tapılacaqmı?

18-10-2019, 09:41
Oxunub: 8 372 Mircavad Haşımov rəislik iddiasındadır-Görəsən ona DUR deyən tapılacaqmı?Azərbaycan Prezidentinin yanında iqtisadi müşavirədə geniş nitq söyləyən zaman cənab İlham Əliyev qeyd etmişdir ki, “...İslahatlara alternativ yoxdur, kim bu yolun yolçusudursa, əlbətdə işləyəcək, amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbətdə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik...”

6 saylı Vergilər İdarəsinin Audit şöbəsinin rəisi Mircavad Haşımov cənab prezidentə qarşı çıxır, cənub bölgəsini ölkə rəhbərliyindən narazı salaraq, mitinqə hazırlayır.
Bunu iddia edən etibarlı mənbə “Bolgexeber.com”-a müraciət ünvanlayıb. Müracətdə o da iddia olunur ki, Mircavad Haşımov sakinləri yetərincə incidir. Əvvəlcə xüsusi təlimatlandırılmış işçilərini göndərir, sonra isə özü 6-cı hissiyatına güvənərək şəxsi həyətlərə “hücum” çəkir. M.Haşımov aşkarladığı “malı” heç bir rəsmi sübut olmadığı halda “vurmaq” istədiyi adama məxsus olduğunu qeyd edir.
Adının açığlanmamasını istəyən mənbə onu da bildirdi ki, 6 saylı Vergilər İdarəsinin rəisi olmadığı üçün Mircavad Haşımov rəislik iddiasındadır.
Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.