BolgeXeber.Com » Ölkə » Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı açıqlandı

Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı açıqlandı

18-10-2019, 17:15
Oxunub: 2 768 Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı açıqlandıAzərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib.

İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov qeyd edib ki, ötən bələdiyyə seçkiləri dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır.

M. Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub. Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi prosesi sabahdan - oktyabrın 19-dan başlayacaq.

İclasda bildirilib ki, seçkilərdə iştirak etmək istəyən şəxslər seçkilərin təyin olunması ilə bağlı qərarın dərc edildiyi gündən - oktyabrın 19-dan namizədliklərini irəli sürə bilərlər./APA