BolgeXeber.Com » Gündəm » Sumqayıt baş gömrük idarəsinin rəisi Vəzir Həsənovun Çexiyadakı biznesi-FOTOFAKT

Sumqayıt baş gömrük idarəsinin rəisi Vəzir Həsənovun Çexiyadakı biznesi-FOTOFAKT

19-10-2019, 10:13
Oxunub: 3 972 Sumqayıt baş gömrük idarəsinin rəisi Vəzir Həsənovun Çexiyadakı biznesi-FOTOFAKTGörünür, Səfər Mehdiyev belə "xırda" məsələlərlə maraqlanmır, ya da, ha oxuyub, bir şey baş aça bilməyib

Araşdırmaçı jurnalist Cavanşir Həsənli növbəti dəfə gömrük generalının biznesini ictimailəşdirib:

"İşdir-şayətdir, Dövlət Gömrük Komitəsinin rəhbəri birdən maraqlanar ki, bu nədir belə? Mən də dərhal cavab verərdim ki, bu peyk görüntüsü bizim gömrük generalının Çexiyadakı şəxsi gömrük postudur. O buna inanmaq istəməyəcək, ona görə də bir az obrazlı şəkildə "Azərbaycanın Çexiyadakı gömrük postu" adlandıra biləcəyimiz kompleksə aid sənədləri də əlavə edirəm.
68 evdən ibarət bu kompleks Çexiyanın Brno şəhərində, Holasice qəsəbəsində yerləşir. Kompleksin tikintisi Sumqayıt baş gömrük idarəsinin rəisi Vəzir Həsənovun Çexiyada sahib olduğu "HASAN&SONS" şirkəti tərəfindən həyata keçirilib. Şirkətin möhürü ilə təqdim olunan sənəddə evlərin və həyətyanı ərazilərin sahəsi qeyd olunub.
Yox, cənab general bu qədər işi təkbaşına görməyib, bu kompleksin tikintisində başqa gömrük məmuru ona ortaqlıq edib. Fərid Vəliyev komitənin tranzit əməliyyatları şöbəsinin rəisidir. Gəncdir, amma Vəzir Həsənov ona biznesdə "özünü təsdiq etməyin" yolunu öyrədib.
Biznesdə də general titulunu haqq edən Vəzir Həsənovun Çexiyada 34 mənzildən ibarət digər yaşayış kompleksi və kompleksə aid 300 kv.m.-lik restoranı və 800 kv.m.-lik ticarət mərkəzi haqqında faktları, sənədləri də bu yaxınlarda paylamışdım. Görünür, Səfər Mehdiyev belə "xırda" məsələlərlə maraqlanmır, ya da, ha oxuyub, bir şey baş aça bilməyib. Yəqin ki, bu dəfə də maraqlanmayacaq.
Başı öz başına qarışıb deyirlər...Bəlkə istefa verib?"
Sumqayıt baş gömrük idarəsinin rəisi Vəzir Həsənovun Çexiyadakı biznesi-FOTOFAKT
Sumqayıt baş gömrük idarəsinin rəisi Vəzir Həsənovun Çexiyadakı biznesi-FOTOFAKT
Sumqayıt baş gömrük idarəsinin rəisi Vəzir Həsənovun Çexiyadakı biznesi-FOTOFAKT
Sumqayıt baş gömrük idarəsinin rəisi Vəzir Həsənovun Çexiyadakı biznesi-FOTOFAKT

Yenixeber.org