"Gün işığının oğurlandığı" hər günə görə 1000 avro cərimə
20-10-2019, 10:53
Oxunub: 4 886
Belçikanın Brüqqe şəhər məhkəməsi Assebruk sakini Alen Kessemeykerin qarşısına öz evini satmaq, bununla da onun bağındakı ağaclara görə qonşuları arasında olan daimi mübahisələrinin kökünü kəsmək vəzifəsi qoyub
Məhkəmənin rəyinə görə, cavabdeh yalnız bu yolla onun üzərinə qoyulmuş 800 min avrodan artıq cəriməni ödəyə bilər.
Alen Kessemeykerin evinin hər iki tərəfindəki qonşuları məhkəməyə onun bağçasında ağacların çoxluğundan və onların bir-birinə yaxın olması səbəbindən günəş işığının qarşısını almalarından şikayətləniblər. Məhkəmənin birinci instansiyasında onlar iddianı qazanıblar. Daha sonra cavabdeh apellyasiya şikayəti verib və yenidən uduzub. Bununla belə kasasiya instansiyasının qərarına görə, Kessemeyker təkcə ağacları kəsməli deyil, həm də əlavə olaraq hər bir iddiaçıya "gün işığını oğurladığı" hər günə görə 1000 avro ödəməlidir.
Alen Kessemeyker yerli televiziya kanalında çıxış edərək deyib ki, o, cəmi dörd yaşında olanda anasını itirib, atası isə ona lazımınca valideyn diqqəti ayırmayıb. O, çatışmayan nəvazişin yerini ağaclara qulluq etməklə, onlara vaxt sərf etməklə tamamlayıb. Alen televiziya ekranlarından şəhər sakinlərinə müraciətlə deyib: "Mən ağaclarımı çox sevirdim, onlar da mənə qarşılıqlı cavab verirdilər. Mən insanlara göstərmək istəyirəm ki, təbiətlə ünsiyyət qurmağın müxtəlif yolları mövcuddur, ağacların da ruhu var".
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər