BolgeXeber.Com » İqtisadiyyat » Prezident Sumqayıta 3,5 milyon manat ayırdı

Prezident Sumqayıta 3,5 milyon manat ayırdı

21-10-2019, 16:57
Oxunub: 3 162 Prezident Sumqayıta 3,5 milyon manat ayırdıAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, bu məqsədlə zərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılıb.