XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Vahid Əhmədov: Yəqin ki, kadr islahatlarının davamı olacaq

Vahid Əhmədov: Yəqin ki, kadr islahatlarının davamı olacaqAzərbaycana Əli Əsədov yeni Baş nazir təyin olunub. Yəqin ki, onun da kadr islahatları ilə bağlı öz təklifləri var.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Prezident İlham Əliyevin yaşı 70-i keçən məmurlarla bağlı dediyi fikirləri şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, pensiya yaşına çatmış məmurların gənc kadrlarla əvəzlənməsi prosesinə çoxdan başlanılıb.

Komitə üzvü qeyd edib ki, kifayət qədər yaşı çox olan insanlar yüksək vəzifələrdə işləmək qabiliyyətinə malik deyillər:

“Çünki yaş öz sözünü deyir. Yəqin ki, kadr islahatlarının davamı olacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən gün Hacıbala Abutalıbov və Əli Həsənovun Baş nazirin müavini vəzifəsindən azad edilməsi barədə sərəncamlar imzalayıb.

Ölkə başçısı daha sonra hər iki şəxsi vəzifədən azad olunması ilə bağlı verdiyi ərizələrlə əlaqədar qəbul edib.

Prezident H.Abutalıbovla görüşdə yaşı 70-i keçən, iqtidarda təmsil olunan məmurların da istefa ərizəsi təqdim edəcəyinə ümidli olduğunu bildirib:

“Ancaq həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçib və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır.

Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da, yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm.

Siz Yeni Azərbaycan Partiyasında da fəal iş görürsünüz. Hesab edirəm ki, bundan sonra da partiya tərkibində siz öz fəaliyyətinizi davam etdirməlisiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram və gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm”.

Bölmə: Müsahibə-Reportaj | 22 oktyabr 2019 10:44





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: