BolgeXeber.Com » Ölkə » Bakı Şəhər İcra Hakimiyyəti nəhəng “bağça tenderləri”ni açıqladı – 4,6 milyon

Bakı Şəhər İcra Hakimiyyəti nəhəng “bağça tenderləri”ni açıqladı – 4,6 milyon

22-10-2019, 14:21
Oxunub: 2 997 Bakı Şəhər İcra Hakimiyyəti nəhəng “bağça tenderləri”ni açıqladı – 4,6 milyonBakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tender müqavilələrinin qalibləri nəticələri bəlli olub.

Tenderlərin ümumi məbləği 4 milyon 683 min 937‬ manat olub. Tender bağlanan şirkətlər və məbləğləri aşağıda verilmişdir:

“Gəmiqaya-S” MMC – elektrik avadanlıqlarının təmiri satınalınması məqsədi ilə açıq tender keçirilib, 209 min 801 manat məbləğində müqavilə bağlanıb.

“İnpeks.N” MMC – Avadanlıqların alınması satınalınması məqsədi ilə açıq tender keçirilib, 329 min 421 manat məbləğində müqavilə bağlanıb.

“İnpeks.N” MMC – Digər maşın və avadanlıqların satınalınması məqsədi ilə açıq tender keçirilib, 1 milyon 544 min 931 manat məbləğində müqavilə bağlanıb.

“İnpeks.N” MMC – yumşaq inventarların satınalınması məqsədi ilə açıq tender keçirilib, 2 milyon 449 min 985 manat məbləğində müqavilə bağlanıb.

“İnpeks.N” MMC – Abadlıq İşləri satınalınması məqsədi ilə tender keçirilib, 149 min 799 manat məbləğində müqavilə bağlanıb. (fed.az)