XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

"Yaşlı nəslin nümayəndələri vəzifədən getməlidir” - Anar

"Yaşlı nəslin nümayəndələri vəzifədən getməlidir” - Anar“Hesab edirəm ki, yaşlı nəslin nümayəndələri vəzifədən getməli və onların yerinə gənc nəslin nümayəndələri gəlməlidir”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev deyib.

O, gənclərin yüksək vəzifələrə təyin olunmasını müsbət qiymətləndirdiyini bildirib: “Azərbaycanda dövlət müəssisələrində gənclərin təyinat almasını çox təbii hal kimi qiymətləndirirəm. Belə də olmalıdır”.

AYB sədri sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi olduğu üçün onun da istefa verməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib: “Mən təbii ki, istefa verməmişəm. Ümumiyyətlə, Azərbaycan Yazıçılar Birliyi seçkili orqandır və burada sədr qurultayda seçilir. Azərbaycan Yazıçılar Birliyinə sədr seçilməsi üçün qurultay olacaq və orada kim seçiləcəksə, sədr o olacaq. Qurultayın da gələn il keçirələcəyi gözlənilir”.

Qeyd edək ki, A.Rzayevin 81 yaşı var.
Bölmə: Mədəniyyət | 23 oktyabr 2019 13:42





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: