İqtisadiyyat Nazirliyinin tabeliyində 3 dövlət xidməti olacaq
23-10-2019, 16:20
Oxunub: 2 261
İqtisadiyyat Nazirliyinin Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq olunmuş yeni strukturuna əsasən, nazirliyin tərkibində 2 yeni dövlət xidməti yaradılıb.
Bolgexeber.com xəbər verir ki, bunlar qurumun tabeliyinə verilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin bazasında yaradılan Əmlak Məsələləri Dövlət Xidməti və Vergilər Nazirliyinin bazasında yaradılan Dövlət Vergi Xidmətidir.
Bundan başqa, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.
Beləliklə, nazirliyin tabeliyində 3 dövlət xidməti olacaq.
Bundan başqa, qurumun strukturuna əvvəlki qaydada onun aparatı, regional bölmələri, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları daxildir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə