BolgeXeber.Com » Xəbərlər » Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilib

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilib

23-10-2019, 16:39
Oxunub: 2 210 Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilibPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilsin.