BolgeXeber.Com » Dünya » Makedoniyalı İsgəndərin olümünün əsl səbəbi müəyyən edildi

Makedoniyalı İsgəndərin olümünün əsl səbəbi müəyyən edildi

25-10-2019, 13:58
Oxunub: 7 142 Makedoniyalı İsgəndərin olümünün əsl səbəbi müəyyən edildiYunanıstanda Aristotel Universitetinin alimləri çoxillik araşdırmalar nəticəsində Makedoniyalı İsgəndərin ölüm səbəbini müəyyən ediblər.

"Greek Reporter” xəbər verir ki, məşhur sərkərdəni şərab və yağlı yeməyə olan sevgisi öldürüb.

İsgəndərin həyatının son günlərini araşdıran yunan alimləri belə qənaətə gəliblər ki, Makedoniya çarı pankreonekrozun (mədəaltı vəz xəstəliyi) kəskin formasından dünyasını dəyişib. Bu xəstəlik sağlam olmayan qida və şərabın həddindən artıq istifadəsi zamanı yaranır.

Xatırladaq ki, Makedoniyalı İsgəndər e.ə. 323-cü ildə 32 yaşında vəfat edib. Müxtəlif zamanlarda sərkərdənin malyariya, tif, pnevmoniya və hətta zəhərlənmədən dünyasını dəyişdiyi ehtimal olunurdu. (oxu.az)