BolgeXeber.Com » Xəbərlər » Toylarda yediyimiz "ikralar" belə hazırlanır - VİDEO

Toylarda yediyimiz "ikralar" belə hazırlanır - VİDEO

26-10-2019, 13:10
Oxunub: 3 727 Toylarda yediyimiz "ikralar" belə hazırlanır - VİDEOBu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 ton 610 kiloqram nərə balıqlarının kürüsü, 24 ton 190 kiloqram balıq kürüsünün əvəzediciləri idxal olunub

Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, bu dövürdə xarici ölkələrə 70 kiloqram nərə balıqlarının kürüsü ixrac edilib.
Xaricdən gətirilən nərə balıqlarının kürüsünün 1 kiloqramının gömrük dəyəri 312 dollar (530 manat), balıq kürüsünün əvəzedicilərinin 1 kiloqramının gömrük dəyəri isə 12,4 dollar (21 manat) olub.
Xaricə satılan nərə balıqlarının kürüsünün 1 kiloqramının gömrük dəyəri 1168 dollar (1985 manat) olub.
Məlumat üçün bildirək ki, Azərbaycan kvota səbəbindən son 5 ildir Xəzərdən nərə balığı ovlamır. Sonuncu dəfə 2012-ci ildə Xəzərdən 2,4 ton nərə balığı ovlanıb. Bu səbəbdən ölkədə nərə balığı kürüsünün istehsalı aşağı düşüb. Nərə balığının ovlanması yalnız göllərdə və şəxsi təsərrüfatlarda saxlanılanların hesabına olur. Sonuncu dəfə 2017-ci il ərzində şəxsi təsərrüfatlardan 5 ton nərə balığı tutulub. Statistika Komitəsinin məlumatına görə, il ərzində cəmi 100 kiloqram nərə kürüsü istehsal edilir və bu rəqəm son 5 ildə dəyişməz qalıb.
Rəqəmlərdən də göründüyü kimi ölkə daxilində mövcud olan nərə balıqları kürüsünün 93%-dən çoxu gömrük dəyəri 21 manata olan balıq kürüsünün əvəzediciləridir.
Onu da bildirək ki, xaricdən kiloqramı 12 dollara idxal etdiyimiz balıq kürüsünün əvəzediciləri əsasən jelatindən hazırlanır. Latın dilindəki "gelatus" sözündən gələn jelatin "dondurulmuş" mənasını verir. Jelatin heyvan mənşəli mürəkkəb tərkibli zülali maddədir, şəffaf özlü kütlədir, rəngsiz və ya sarımtıl çalarlı olub heyvanların birləşdirici toxumalarından alınır. Əsasən donuz, inək dərisindən, həmçinin heyvan sümüklərinin qırıntısından alınır. Jelatin qida sənayesində, yapışqan istehsalında, kitab istehsalında, dərman və kosmetika sənayesində və s. geniş istifadə olunur.
Jelatindən kürü əvəzedicisinin hazırlanması isə olduqca asandır. Sosial şəbəkələrdə jelatindən saxta kürünün necə hazırlandığını göstərən onlarla video mövcuddur.
Maraqlı olacağını nəzərə alaraq həmin videolardan birini təqdim edirik: