Həyat yoldaşını bıçaqlayan ərlə bağlı rəsmi məlumat
26-10-2019, 13:24
Oxunub: 2 330
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilmişdir.
Bolgexeber.com-a göndərilən Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında deyilir ki, sosial şəbəkələrdə əri tərəfindən xəsarət yetirilmiş qadının xəstəxanaya yerləşdirilməsi barədə məlumatlar yayılmışdır.
Belə ki, oktyabrın 25-də saat 16 radələrində 1983-cü il təvəllüdlü Tanrıverdiyeva Mənzərə Rövşən qızının kəsilmiş-deşilmiş xəsarətlə müalicə müəssisəsinə yerləşdirilməsi faktı ilə əlaqədar dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilmişdir.
İstintaqla Rafail Tanrıverdiyevin yaşadıqları evdə ailə münaqişəsi zəminində bıçaqla həyat yoldaşı Mənzərə Tanrıverdiyevaya xəsarət yetirməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulmuşdur.
R.Tanrıverdiyev müdafiəçinin iştirakı ilə dindirilərkən həyat yoldaşına bədən xəsarəti yetirməsini etiraf etmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər