Baş Prokurorluq təkzib edir
26-10-2019, 17:41
Oxunub: 2 549
Bir sıra kütləvi informasiya vasitələrində dərc edilmiş “Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşına qarşı şok ittihamlar” adlı məqalədə guya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Samir Musayevin Bakı şəhər sakini Nail İsmayılovdan borc aldığı pul vəsaitini qaytarmamaqla ona hədə-qorxu gəlməsinə dair həqiqəti əks etdirməyən məlumatlar yayılıb
Baş Prokurorluqdan Bolgexeber.com-a verilən məlumatda bildirilir ki, prokurorluq orqanlarında, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Samir Musayev adlı şəxs qulluq keçmir.
Eyni zamanda, məlumatda göstərilmiş halların araşdırılması məqsədilə Nail İsmayılov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilərək izahatı alınıb.
Hazırda adıçəkilən şəxsin Baş İdarənin adından istifadə etməklə N.İsmayılov və ya digər şəxslərə qarşı qanunsuz hərəkətlərə yol verməsi ehtimalları ilə əlaqədar araşdırma aparılır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə