BolgeXeber.Com » İdman » Premyer Liqa: "Qarabağ" "Səbail"lə qarşılaşacaq

Premyer Liqa: "Qarabağ" "Səbail"lə qarşılaşacaq

28-10-2019, 11:32
Oxunub: 6 323 Premyer Liqa: "Qarabağ" "Səbail"lə qarşılaşacaqBu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulacaq

Qaynarinfo xəbər verir ki, son oyun günündə "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"lə qarşılaşacaq. Qonaqlar bu görüşdə qələbə qazanacağı təqdirdə belə hazırda qərarlaşdığı 4-cü pillədən ayrılmayacaq. Turnir cədvəlinin lideri olan "Qarabağ" isə qələbə qazanarasa ona artıq daha yaxın olan "Neftçi"dən bir qədər də uzaqlaşa bilər.

Tərəflər ölkə çempionatlarında 9 oyunda üz-üzə gəliblər. Bunların 8-də "Qarabağ" qələbə qazanıb. Bir oyunda isə ağdamlılara texniki məğlubiyyət verildiyindən 3 xal "Səbail"in hesabına yazılıb. Top fərqində də Qurban Qurbanovun komandası aşkar üstünlüə malikdi - 17:1. "Qarabağ” texniki nəticə nəzərə alınmasa, bütün oyunlarda qələbə qazanıb. Son iki qarşılaşmada ağdamlılar 4 cavabsız qol vurublar.

Azərbaycan Premyer Liqası, 9-cu tur

19.00. "Qarabağ” – "Səbail”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Keşlə” – "Qəbələ” 2:1
"Sabah” – "Zirə” 2:2
"Sumqayıt" - "Neftçi" 2:4

N Klublar O Q H M T-F X
1 Qarabağ 8 7 1 0 18-2 22
2 Neftçi 9 5 2 2 15-8 17
3 Keşlə 9 4 3 2 11-5 15
4 Səbail 8 3 1 4 8-13 10
5 Sumqayıt 9 3 1 5 9-13 10
6 Zirə 9 2 3 4 8-14 9
7 Sabah 9 1 4 4 8-10 7
8 Qəbələ 9 1 3 5 5-17 6

Bombardirlər: Lorenzo Frutos ("Keşlə") - 5 qol