BolgeXeber.Com » Xəbərlər » Rüşvətdə təqsirləndirilən bağça müdirəsinin məhkəməsi başlayıb

Rüşvətdə təqsirləndirilən bağça müdirəsinin məhkəməsi başlayıb

28-10-2019, 18:22
Oxunub: 4 610 Rüşvətdə təqsirləndirilən bağça müdirəsinin məhkəməsi başlayıbBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvətdə təqsirləndirilən Musazadə Şəfiqə Məhəmməd qızının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, Şəfiqə Musazadəyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və ,311-ci (rüşvət alma) maddələri ittiham irəli sürülüb. O, hazırda ev dustaqlığındadır.

Şəfiqə Musazadə uzun illər Sumqayıt şəhərində müxtəlif məktəblərdə ibtidai sinif müəlliməsi işləyib. Daha sonra bir neçə dövlət bağçasının direktoru olub.

Ötən il isə Şəfiqə Musazadə özəl bağça açmaq qərarına gəlib. Musazadənin planına uyğun olaraq bağça açılıb və istifadəyə verilib.

Daha sonra Ş.Musazadə bir neçə nəfərdən bağçaya işə düzəltmək adı ilə 1500-3000 manat arası pul alıb. Həmin şəxsləri bağçaya müəllimə, xadimə, mühafizəçi kimi işə götürüb.

Lakin bağça aylarla fəaliyyət göstərsə də cəmi 9 nəfər uşaq olub. Bağçaya uşaq cəlb edə bilməyən Ş.Musazadə işə götürdüyü şəxslərin aylıq məvaciblərini verə bilməyib.

Buna görə də Ş.Musazadənin pul alaraq işə götürdüyü Yeganə Mahmudova, İlahə Abdullayeva, Vasif Cəfərov, Ülviyyə Qazıyeva və Gülümnaz Şirəliyeva ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.