XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“İndi bizə erotik filmlər lazım deyil”-kinorejissor Ayaz Salayev

“İndi bizə erotik filmlər lazım deyil”-kinorejissor Ayaz Salayev“Mən kinonun sabahkı vəziyyəti haqqında düşünürəm. İndi onun çiyinlərində ağır yük var. Kinoya sənətkarlar gəlməlidir, yaradıcı insanların nüfuzu qalxmalıdır. Yaradıcı insanlar millətin qaymaqlarıdır. Onlar üçün bədii məsələ maddi məsələdən üstündür. İndi yaradıcı insan özü öz nüfuzunu qaldırmalıdır. O adam ki, dəyər verilməyi başqasından gözləyirsə, həmin şəxs yaradıcı insan deyil. Mən elə düşünürəm ki, yaradıcı insanın əsas vəzifəsi əyləndirmək yox, zamanı əks etdirməkdir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev deyib. O, “3 D” proqramında qonaq olarkən müasir kinonun hazırkı vəziyyətindən danışıb:

“Bu işə pul qazanmaq, işlərini düzəltmək üçün yanaşan rejissorlara nifrət edirəm, hörmət etmirəm. Onların bəlkə də, üzlərinə gülürəm, salam verirəm. Amma hörmət etmirəm. Əvvəl müstəqil kinonu dəstəkləyirdim. Amma bir neçəsini izlədim, dəhşətə gəldim. Ekrana yox, tamaşaçılara baxırdım. Zalda əyləşənlərin xoşuna gəlirdi. Əsas faciə ekranda yox, zalda idi”.
Bundan əlavə, A. Salayev filmlərdə yer alan erotik səhnələrdən söhbət açıb: “İndi bizə erotik filmlər lazım deyil. Amma kinoda erotika ola bilər. Çünki onun mənəviyyatsızlığa heç bir aidiyyatı yoxdur. Kino insan həyatını göstərir. İnsan həyatında da dediyimiz mövzu ən mühümdür. Dünya mədəniyyətinin, incəsənətinin ən başlıca mövzularından biri erotikadır. Qobustanda ibtidai insanların rəsmlərinə baxsaz, görərsiz ki, əksəriyyəti çılpaq qadınlardır. Bilirəm, insan bu səhnələrə görə auditoriyasını itirir”.
Bölmə: Mədəniyyət | 29 oktyabr 2019 13:14





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: