Bu məktəb direktoru işdən çıxarıldı - Nazir töhmət verdi
29-10-2019, 16:22
Oxunub: 4 786
Təhsil naziri Ceyhun Bayramov daha bir məktəb direktoruna töhmət verib
Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, Ağdam rayonu 89 nömrəli tam orta məktəbin direktoru Nərgiz Zeynalovanın qanunsuz əməlləri barədə Təhsil Nazirliyinə daxil olmuş elektron müraciətlər əsasında yerində araşdırma aparılıb.
Araşdırma nəticəsində məktəb binasının qəzalı vəziyyətdə olması ilə bağlı Abşeron rayonu, Höküməli qəsəbəsi, Koroğlu küçəsində fərdi sahibkara məxsus binanın qeyri-rəsmi icarəyə götürüldüyü və icarə haqqının müəllim kollektivindən yığılaraq sahibkara ödənildiyi, məktəbin təsərrüfat işləri üzrə direktor müavininin işə qəbulu zamanı qanunvericiliyin tələblərinin pozulduğu, şagirdlərin yerdəyişməsi və sinifdən-sinfə keçirilməsi qaydalarına riayət edilmədiyi məlum olub.
Müvafiq məsələ ilə bağlı Təhsil nazirinin əmrinə əsasən məktəb direktoru Nərgiz Zeynalovaya əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə və vəzifə funksiyalarının icrasında nöqsanlara yol verdiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, məktəbin təsərrüfat işləri üzrə direktor müavini Fuad Zeynalov isə tutduğu vəzifədən azad edilib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər