loading...
XƏBƏR LENTİ
Sabah yağış yağacaq
18 sentyabr 15:04
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

İdman proqnozları cəmiyyətə ziyan vurur

Futbol dünyada sevilən idman növüdür. Bildiyiniz kimi futbol İngiltərədə dumanlı Albiyonda yaranıb, daha sonra dünyaya yayılıb. Zaman keçdikcə futbolun həyacanı, estetikası artıb. Hal-hazırda isə dünya futbolu biznesə çevrilib. Oyun alqı-satqıları, danışılımış oyunlar, satılmış oyunlar və s. Belə hallar futbolun əvvəlki qutsallığını məhv edir.
Futbolun qumara çevrilişi
İnsanlar indi pula görə komandalara azarkeşlik edirlər. Bu isə heç də ürəkaçan bir vəziyyət deyil. İlk öncə “gamebookers”, “zenitbet” kimi kontorlar peyda oldu. Qara pullar, haram pullar dövr etməyə başladı. İnsanlar futbolun həyacanını bir kənara buraxıb, qazanacaqları pullara görə özlərini bu oyunların içinə atdılar. Hər şey futboldakı kimi olmadı. Fiziki güc, canıyla-qanıyla mübarizə əzmi... Bunlar hamısı meydanın içində qaldı... Artıq bütün bunları həll eləyən “gizli əllər” ortaya çıxdı... Futbolun alışılmış görünüşünü dağıdan kapitalistləri maraqlandıran yalnız və yalnız qazanacaqları saysız-hesabsız milyardlar oldu. Bəli, futbol qumara daşındı...
Artıq azarrkeşlik arxa planda qaldı. İndi sevdiyi bir komandanın uduzmağı üçün “stavka” edənlər var... İndi qazandığın pul sevdiyin komandaya olan marağını darmadağın edə biləcək gücdədir...
Futbol “oyunu”
Bizim ölkədə də sovet vaxtından kontorlar mövcud idi. Sonralar bu şəbəkələr çoxalmağa başladı. İnsanların marağı günü-gündən artırdı. Totalitarizm artıq qlobal problemə çevrilmişdi. Bütün ölkələrdə şiddətlə yayılırdı. Qarşısı alınmaz bir vəziyyət yaranmışdı.
Daha sonra bizim ölkədə də kontorlar artmağa başladı. Adi bir kafeyə daxil olursan, stolların üstündə oyunların kağızı, yəni, variantlar görmək olur. Ən azı iki manat və yaxud daha da artıq yazmaq mümkündü.
Oyunlara nəzər saldıqdan sonra seçim etməlisən. Ağ balaca bir vərəqə özün üçün dəqiqləşdirdiyin oyunları yazırsan. Təbii ki proqnozlarını da verirsən. Bu şəbəkələr əvvəllər özəl sayılırdı. Dövlət hələ qanuni surətdə kontorların işləməsini dəqiqləşdirməmişdi. Ona görə də özəl yerlər əksərən polislə əlbir olurdu.
Topaz nədir?
“Azərinteltek Qapalı Səhmdar Cəmiyyəti” 19 yanvar 2010-cu il tarixində Azərbaycanın mərc oyunları sektorundakı investisiya potensialını qiymətləndirmək məqsədilə yaradılıb. Şirkətin təsisçilərindən biri Türkiyənin mərc oyunları sektorunda ixtisaslaşan “İnteltek” şirkətidir. “İnteltek” şirkəti, 2004-cü ildən etibarən Türkiyə Respublikasının ilk və tək qanuni mərc oyunları operatorudur. Ötən müddət ərzində hər il yeni nailiyyətlərə imza atan “İnteltek” şirkəti hal-hazırda dünya mərc oyunları bazarının ən qabaqcıl və innovativ şirkətlərindən birinə çevrilmişdir. Azərinteltek Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Topaz” əmtəə nişanı ilə 18 yanvar 2011-ci il tarixindən etibarən Azərbaycan Respublikasında faktiki olaraq mərc oyunlarının keçirilməsinə başlanmışdır. Belə ki, qısa müddət ərzində, Bakı və Abşeron yarımadası başda olmaqla ölkənin əksər regionunda “Topaz” ticarət nümayəndələri fəaliyyətə başlamışdır. Bəli, artıq ölkəmizdə də böyük bir kontor mərkəzi var.
“Bu bir xəstəlikdir...”
Keçən dəfə "Topaz" məntəqələrindən birinə getdim. Bazar günü olduğundan insanlar çox idi. Bir yaşlı kişinin yanında yer tapa bildim. Eynəyini tez-tez düzəldib fikirli halda nəsə yazırdı. Birdən mənə baxdı, qarşısındakı kağızı göstərib: “Səncə bu klub neyləyər?” deyə soruşdu. Başımı buladım, araya çökən sükutdan istifadə edib maraqlandım. Aramızda belə bir dilaloq oldu:
- Çoxdan yazırsız?
- Hə, bala Sovet vaxtından yazıram...
- Qazana bilirsiz?
- Arada bir.
- Bəs niyə yazırsız?
- Bu bir xəstəlikdir. Mən də xəstəyəm, yazmayanda başıma ağrılar daxil olur. Özümü pis hiss edirəm. Bax gördüyün bu insanların hamısı xəstədir.
- Bəs müalicəsi yoxdu?
- Yox, əşşi, yox, - deyərək eynəyini qutusuna qoyur. Sonra bir siqaret alışdırıb ayağa qalxır.

“Kontorlar pul tələsidir...”

İçəridəkiləri izləməkdə davam edirəm. Bu vaxt bir orta yaşlı kişinin kağızlardan başını qaldırıb mənə baxdığını görürəm. O, deyəsən, mənim bura yabancı olduğumu dəqiq anlayır. Ancaq bilmir ki, arada mən də qaralayırdım.
Kişinin dillənməyinə aman verməyib "Topaz" haqda soruşuram. O, bu işlərin ustası kimi yerini rahatlayıb danışmağa başlayır: “Əvvələ nisbətən indi "Topaz"da bir manatlıq variant belə yazmaq olur. Bu da insanların iştahını artırır. Lakin burda məsələ bir az fəqlənir. Yəni, oyunlar kodla göstərilir. Kodu "Topaz"ın xüsusi kağızına yazırsan və proqnozunu da yazmağı unutmursan. Təbii ki, burda bir manatdan da artıq pul qoyula bilər. İndi "Topaz"ın saytı da çıxdı. Daha sonra televizyalarda reklamları da göstərildi. Məqsəd insanlara reklam etmək, onların marağını "Topaz"a çəkmək idi. Demək olar ki, bu məqsədə nail oldular. Təbii ki burada dövlətin də qazancı çoxdur. Sadəcə kontorlar pul tələsidir. Burada pul dövr edir. Bir dəfə udursansa, on dəfə də uduzursan.”
"Topaz"da “yazmağın” qaydası
“Topaz da mərc etmək üçün qayda-qanunu bilmək lazımdır.” - bunu "Topaz" nəzarətçisi deyir. - “Seçdiyiniz oyun üçün verdiyiniz proqnozu kuponun üzərindəki “Oyun Nəticəsi” bölməsində 1, X, 2 kimi işarələmək lazımdır. 1 - Ev Sahibi Komandanın qalibiyyəti; X - Heç-heçə; 2 - Qonaq Komandanın qalibiyyəti deməkdir. Daha onra Alt və Üst də var. Alt iki qoldan aşağı, Üst iki qoldan yuxarı olana deyilir. Sonra birinci hissələrə də mərc etmək olur. “Qol-qol”, “yox qol”, “qol cəmi 2-3, 4-6 və 7+” da mövcud olan mərclərdəndir. “Qol-qol” hər iki komandanın qol vurması demədir. “Yox qol” isə oyunda ya qol olmasın, ya da bir komdanda qol və ya qollar vursun. Sonra əmsallarda dəyişikliklər olur. Gah 1.70 əmsalı gətirir, gah da gətirmir.
“Əsas pul olsun...”
"Topaz"dan çıxmağa hazırlaşıram. Amma getməmişdən qabaq bayaqkı orta yaşlı kişidən bura gəlib gedənlərlə bağlı soruşuram. O məni xam adam bilib danışmağa başlayır: “Ən çox oyunlar şənbə və bazar olur. Kontorlarda yer tapmaq olmur. Hətta balaca uşaqlar da "Topaz"da mərc edirlər. Hansı ki onların yaşı çatmır. "Topaz"ın qapısına 18+ yazılsa belə, buna heç əhəmiyyət belə verilmir. Əsas pul olsun. "Topaz"da yeddi-səkkiz nəfər var ki, hər gün mərc edirlər. Onlar sağalmaz bir xəstəliyə düçar olublar. Uduzsalar belə yenə də gəlirlər. Əksərən şənbə günləri 2000 manata yaxın pul yığılır. Uduzanlar udanlardan qat-qat çox olur. Deyilənə görə, "Topaz"da bir manata 250.000 manat udan bir şəxs olub. Daha sonra bu şəxs 200 manata 66.000 manat da uduş qazanıb. Hər hansı bir vətəndaş da "Topaz" məntəqəsi aça bilər. Təbii ki pulun varsa, 8.000 manata açmaq olur. Sonra dövlət bu pulu sənə geri qaytarır. Sadəcə 200 manat rüsum alır, vəssalam.”
Son
Bax, bu da "Topaz". Futbolun pula, qumara çevrildiyi, adamların “xəstə” adlandırıldığı yer.
"Topaz" deyilən bu sektor hal-hazırda cəmiyyətin problemi olub. Gənclərə pis bir örnəkdir. Qumarı vərdişə çevirir.
Kitab mağazalarında görünməyən gəncləri Topazda tapa bilərsiniz..

Bölmə: İdman | 19 aprel 2013 17:25 | Baxış sayı: 2002





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: