BolgeXeber.Com » Xəbərlər » Baş prokurorun I müavini Ağcabədidə şikayətçiləri qəbul edəcək

Baş prokurorun I müavini Ağcabədidə şikayətçiləri qəbul edəcək

30-10-2019, 11:22
Oxunub: 1 933 Baş prokurorun I müavini Ağcabədidə şikayətçiləri qəbul edəcəkAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il noyabrın 8-də saat 10:00-da Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi və Laçın rayon sakinlərinin qəbulunu keçirəcək

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağcabədi rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.