BolgeXeber.Com » Xəbərlər » Qəbələdə minik maşını ağaca çırpılıb, 2 nəfər ölüb

Qəbələdə minik maşını ağaca çırpılıb, 2 nəfər ölüb

30-10-2019, 11:46
Oxunub: 2 319 Qəbələdə minik maşını ağaca çırpılıb, 2 nəfər ölübQəbələ rayonunun Mirzəbəyli kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Bolgexeber.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan şimal-qərb regional mərkəzinin müvafiq xilasetmə qüvvələri 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Daha sonra dəqiqləşdiirlib ki, qəzada həlak olanlar Mirzəbəyli kənd sakini, 1988-ci il təvəllüdlü Hidayət Abdullayevi və onun sərnişini, 1996-cı il təvəllüdlü Sərxan Abdullayevdir.