BolgeXeber.Com » Xəbərlər » Zeynal Nağdəliyev yeni icra başçılarını kollektivə təqdim etdi

Zeynal Nağdəliyev yeni icra başçılarını kollektivə təqdim etdi

1-11-2019, 12:31
Oxunub: 1 767 Zeynal Nağdəliyev yeni icra başçılarını kollektivə təqdim etdiXəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev Elnur Şahbaz oğlu Rzayevi Xaçmaza və Anar Aqil oğlu Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib.

Unikal.org-un məlumatına görə, artıq hər iki yeni icra başçısını kollektivə Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.

Hər iki yeni icra başçısının təqdimat tədbirində icra hakimiyyəti aparatının kollektivi, idarə rəhbərləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.