XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Bu şirkət nazir müavininə söykənib... - İTTİHAM

Bu şirkət nazir müavininə söykənib... - İTTİHAM“Nestle” firmasının Azərbaycanda yerləşən nümayəndəliyində də çoxlu maxinasiyalar həyata keçirilir

Bu yaxınlarda aktualxeber.az saytında “Elsevər Ağayev “Nestle”yə havadarlıq edir” başlıqlı məqalə dərc olunmuşdu. Məqalədə qeyd etmişdik ki, “Nestle” firmasının süni qidaları uşaqlar üçün arzuolunmaz sayılır. Çünki bu süni uşaq yeməklərinin tərkibində genetik modifikasiya olunmuş komponentlər, soya yağı var və bunlar təhlükəlidir. Sadaladığımız mənfi fikirlərə rəğmən bu firmanın məhsulları bazarda yenə də satılmaqdadır.
Eyni zamanda “Nestle” firmasının Azərbaycanda yerləşən nümayəndəliyində də çoxlu maxinasiyalar həyata keçirilir. Belə ki, aktualxeber.az-a daxil olan məlumata görə firmanın regional meneceri olan Dilarə adlı xanım buranı bir ailə şirkətinə çeviribdir. Həyat yoldaşı Elmar firmaya məxsus avtomobili şəxsi məqsədləri üçün istifadə edir. Həmin avtomobili biz hər gün onun işlədiyi Bakı Sağlamlıq Mərkəzinin qarşısında duran görürürk. Dilarə xanım özü isə Nataşa adlı köməkçisinin şəxsi maşınında gəzir. Onun uşaqlarına da sürücülük edən köməkçisinə regional menecer olan xanım borclu qalmır. Onu ezamiyyətlərə yoxlama adıyla göndərərək birlikdə pullar mənimsəyirlər. Bundan əlavə Dilarə xanım B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşı olan Emma adlı baldızını da qeyri-qanuni olaraq işə götürərək ayda 800-900 manat maaş verir. Əslində firmada pediatrlar işləməli və mühazirə oxumalıdır. Dilarə xanım yaxın ətrafına deyir ki, “mənim həyat yoldaşım Elmar səhiyyə nazirinin müavini Elsevər Ağayevin tələbə yoldaşıdı və arxamızda da o dayanır”. Səhiyyə sistemində bizim firmaya nazir müavini tərəfindən yaşıl işıq yandırılıb və buna görə də ona aylıq haqq ödəyirik. Onun dedikləri hələ ki, Elsevər Ağayev tərəfindən təkzib olunmayıbdır.
Aktualxeber.az-a yeni daxil olan məlumata görə Dilarə xanım daha bir qanunsuzluğa imza atıbdır. Belə ki, Lənkəran Uşaq Poliklinikasının sahə həkimi Təbiət Süleymanova “Nestle” firmasının cənub regionu üzrə tibbi nümayəndəsi təyin edilib. Bildiyimiz kimi “Nestle” firmasında iş saatı 9:00-dan 18:00-a kimidir. Həmin saatlarda həmin həkimin də iş vaxtıdır və deməli bu adam eyni zamanda iki yerde ola bilməz. Təsəvvür edin ki, Salyanda üzü cənuba bütün rayonlardakı tədbirlərdə və ezamiyyətlərdə bu həkimin adı gedir. Bu yolla onun adına pullar yazılaraq silinir və mənimsənilir. Buradan belə bir nəticəyə gəlirik ki, həmin həkim ya poliklinakada işdə olmur, ya da “Nestle” firmasında… Bu da özlüyündə böyük bir qanunsuzluqların olmasından xəbər verir.
Qeyd edək ki, “Nestle” firmasının Azərbaycanda yerləşən nümayəndəliyində baş verən maxinasiya və yeyintilərdən Moskvada yerləşən baş ofisin xəbəri yoxdu. Əgər onların burda baş verənlərdən xəbəri olsaydı çoxdan regional meneceri işdən kənarlaşdırmışdılar.

Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
Bölmə: Xəbərlər | 01 noyabr 2019 14:21





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: