BolgeXeber.Com » Mədəniyyət » “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” üzvlərinin növbəti görüşü keçirilib
“Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” üzvlərinin növbəti görüşü keçirilib
1-11-2019, 16:42
Oxunub: 6 073
Mingəçevirdə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” üzvlərinin növbəti görüşü keçirilib.
31 oktyabr 2019-cu ildə Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Heydər Əliyev mərkəzində regional idarənin Mingəçevir şəhəri üzrə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” üzvlərinin növbəti görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan regional idarənin məsləhətçisi İbrahimov Orxan qeyd edib ki, qrup ötən dövr ərzində bir çox uğurlara imza atmış, gənclərin yaradıcı və təşəbbüskarlıq mühitinin dəstəklənməsi istiqamətində bir çox işlər görmüşdür. Habelə qrupun əsas məqsədlərindən biri də Azərbaycan mədəniyyətinin təbliği, mövcud dövlət siyasətinin dəstəklənməsi, fəaliyyətin optimallaşdırılması, mədəniyyət müəssisələrinin fəaliyyətlərinin canlandırılması, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsidir.
Daha sonra çıxış edən regional idarənin Mingəçevir şəhəri üzrə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun rəhbəri Nahid Musayev bildirib ki, gənc mədəniyyət işçiləri qrupu hər şeydən əvvəl Azərbaycan mədəniyyətinin təbliğində, mədəniyyət müəssisələrinin fəaliyyətlərinin canlandırlmasında, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində hər zaman yeni lahiyələr üzrə çalışmalıdırlar. Ölkədə uğurla aparılan gənclər siyasətindən bəhs edən Nahid Musayev vurğulayıb ki, bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də uğurlu dövlət siyasəti həyata keçirilir və bu istiqamətdə gənclərin üzrərində ciddi öhdəliklər durur.
Tədbirdə digər çıxış edənlər vurğulayıb ki, təhsil ocaqlarında mədəniyyət günlərinin keçirilməsi, mədəniyyət işçilərinin, xüsusən gənclərin informasiya–kommunikasiya texnologiyalarını dərindən öyrənmələri vacibdir. Azərbaycan mədəniyyətinin təbliğində, erməni yalanlarına dərhal və tutarlı cavab verilməsində gənc mədəniyyət işçilərinin üzərinə mühüm vəzifələr düşür.
Tədbir dəyirmi masa ətrafında maraqlı diskussiya ilə davam edib
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər