XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

İşdən çıxarılan icra başçısına yeni vəzifə verildi

İşdən çıxarılan icra başçısına yeni vəzifə verildiHakim Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatının sədri dəyişib


Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Şəmsəddin Xanbabayevə yeni vəzifə verilib.
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının 9-cu konfransı keçirilib.

YAP rayon təşkilatının sədri Nazim Ağayev istefa verib. Yeni sədrin seçilməsi ilə bağlı keçirilən səsvermədə Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Şəmsəddin Xanbabayev YAP-ın Xaçmaz rayon təşkilatının sədri seçilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 31-də imzaladığı sərəncamla Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub və Elnur Şahbaz oğlu Rzayev Xaçmaz RİH-in başçısı təyin edilib.

Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. O, 23 oktyabr 2004-cü ildən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı idi.
Bölmə: Xəbərlər | 02 noyabr 2019 12:26





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: