BolgeXeber.Com » Xəbərlər » Bakı-Quba yolunda qəzada dörd nəfər ölüb, ölənlərdən üçünün kimliyi məlum olub

Bakı-Quba yolunda qəzada dörd nəfər ölüb, ölənlərdən üçünün kimliyi məlum olub

2-11-2019, 17:09
Oxunub: 3 321 Bakı-Quba yolunda qəzada dörd nəfər ölüb, ölənlərdən üçünün kimliyi məlum olub Ötən gecə Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən daha birinin şəxsiyyəti məlum olub

Bu, 1987-ci il təvəllüdlü Nəzərova Bahar Zakir qızıdır.

00:47

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisinin kimliyi məlum olub.

Onlardan biri, "Lada Kalina"nın sürücüsü 1979-cu il təvəllüdlü, Xaçmaz şəhər sakini İsmayılov Hüseyn Səfərəli oğlu, digəri isə "Mercedes"in sürücüsü Quliyev Səbuhi Çingiz oğludur.

****

22:58

Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun 75-ci km-də qeydə alınıb. "Mercedes" markalı maşınla "Lada Kalina" markalı nəqliyyat vasitəsi toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb.

Yaralılar - Xaçmaz rayonu, Qarabağlı kənd sakinləri, 1958-ci il təvəllüdlü Mehriban Vəliyeva və onun nəvəsi Sevgi Vəliyeva Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakı-Quba yolunda qəzada dörd nəfər ölüb, ölənlərdən üçünün kimliyi məlum olub
Bakı-Quba yolunda qəzada dörd nəfər ölüb, ölənlərdən üçünün kimliyi məlum olub