BolgeXeber.Com » Mədəniyyət » Ramiz Rövşən: "Qadınların yeri cəhənnəmdirsə, kişilər baş əyəcəklər o cəhənnəmə"

Ramiz Rövşən: "Qadınların yeri cəhənnəmdirsə, kişilər baş əyəcəklər o cəhənnəmə"

2-11-2019, 18:20
Oxunub: 5 230 Ramiz Rövşən: "Qadınların yeri cəhənnəmdirsə, kişilər baş əyəcəklər o cəhənnəmə"Hələlik düşüncəmiz yerindədir, amma bir az ayağımda problemlər var

“Həkim nəzarətindəyəm. Zaman-zaman gedib müayinələrdən keçirəm. Bir ay kurs keçəcəyəm, düzələcək hər şey. Bizim xəstəliyimiz maraqlı deyil insanlara”.



Nəsimi ilə çərçivəsində dahi şairin qəzəlinə bir çox müğənnilər mahnı ifa ediblər. Ancaq bu mahnılar cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

“Sənətçilərin ifalarını necə dəyərləndirirsiniz?” sualını Ramiz Rövşən belə şərh edib:

“Xumar Qədimovanın dahi şairimiz İmadəddin Nəsiminin “Neylərəm” adlı şeirinə yazılmış mahnısını çox bəyəndim, ifasından isə zövq aldım. Bu il Nəsiminin 650 illiyi qeyd olunur. Nəsimi ilinin çox uğurlu işlərindən biridir.



Xumar xanımın ruh doğmalığı var. Ruh doğmalığı hətta oxuduğu mahnıda da özünü büruzə verir. Xumarın mahnılarının dinləyicisiyəm. Onun mahnılarında səmimiyyət var. Özünü bu mahnılarda gözəl ifadə edir. Cəlb edir insanı. Şeir də, mahnı da elədir. Bir var adam yazır, bir adam yaşayır. Əgər o yaşayırsa, onu oxuyan, dinləyən də yaşayır.

Sami Yusufla Sevda Ələkbərzadənin ifasını dinləmişəm. Çox bəyəndim. Sevda Ələkbərzadənin ifalarını çox sevirəm. Sevda o gün Çingiz Ələkbərzadənin “Zindan” adlı kitabının təqdimat mərasiminə qatılmışdı. Orada da ifaları ilə qəlbləri oxşadı. Çox fərqli müğənnilərdir. Həm Sevda, həm də Xumar. Hər ikisində “Mən” başlanğıcı var. Onların hər ikisi özünü gözəl ifadə edə bilirlər. Onları fərqləndirən də odur.



Afətin Nəsiminin “Sığmazam” qəzəlinə mahnı qoşub oxuması belə faciə deyil. Şəxsən mənim üçün Nəsiminin qəzəlinə mahnı qoşub oynamaq qəribədir. Amma inandırım sizi, Nəsimidən heç nə getmir. Baxın, Avropanın özündə böyük sənət əsərlərini qeyri ciddi mahnılarla sintez edirlər. Bu da Afətin improvizəsi idi. Mən orada faciəyə rast gəlmədim. Normaldır. Amma Nəsiminin ruhu başqadır.”

Müğənni Akif İslamzadənin “Qadınların yeri cəhənnəmdir” kəlməsi cəmiyyətdə qəzəblə qarşılanıb. Bu sözlərinə görə bir çox həmkarları, eləcə də, sosial media əhli onu linç edib.

Xalq şairi Ramiz Rövşən redaksiyamızın əməkdaşı ilə söhbətində Akif İslamzadənin bu çıxışına etirazı bildirib:



“Qadınların yerinin cəhənnəm olmasını deyə bilmərəm. Siz cəhənnəmlə cənnəti görmüsünüz? Bilirsiniz, hansı maraqlıdır ? Bilmirsiniz axı. Qadınlar kişinin başının tacıdır. Əgər qadınlar yeri cəhənnəmdirsə, o zaman kişilər baş əyəcəklər cəhənnəmə. Bir dəfə bir söz dedim, onu heç kəs başa düşmədi.



Dedim ki, “Qadını biz alçaltmışıq, aşağa salmışıq. Kişi ilə qadın bərabər səviyyədə deyil. Qadın kişinin başının tacıdır. Bu, mənim ən dəqiq düşüncəmdir. Siz fikirləşin ki, bir ailədə bir kişi haqqında onu aşağılıyan söz deyilsin (dələduzdur, avaradır). Ondan qadına bir toz qədər ləkə qonmaz. Amma qadın haqqında xoşagəlməz bir söz deyilsə, kişiyə ləkə qonar.



Deməli, qadın daha dəyərli, daha qiymətlidir. Kişi qadınını elə qorumalıdır ki, ona heç vaxt toz qonmasın”. (Oxu.az)