“Sosial evlər 1000 manatdan aşağı maaş alanlar üçün əlçatan deyil”
4-11-2019, 16:17
Oxunub: 5 214
“Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Yasamalda inşa etdiyi güzəştli mənzillərin bir kvadratını təxminən 950 manata satır”.
Bu barədə Bizimyol.info-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib. O, “sosial ev”lərdən mənzil almaq üçün dəfələrlə müraciət etsə də, cəhdlərinin nəticəsiz qaldığını deyib.
O bildirib ki, hazırda Bakı şəhərinin müxtəlif yerlərində kvadratı 800-900 manata olan evlər kreditlə və ya ipoteka ilə satılır: “Mənzillərin nəğd qiymətə satılmasının doğru deyil və burada güzəşt, ya da sosiallıq həqiqətə uyğun deyil. Özəl tikinti şirkətlərindən fərqli olaraq, MİDA-ya torpağın pulsuz verildiyini, infrastukturu dövlətin yaratdığını,
sənədləşmədə, istərsə də digər məsələlərdə güzəştə gedildiyini xatırlasaq, əslində MİDA-nın bu mənzilləri maya dəyərindən xeyli baha satdığını qeyd edə bilərik”.
“Sosial ev”lərə namizəd olmuş Ə.Vəliyev bildirdi ki, MİDA-nım satdığı mənzillərin qeyri-rəsmi kirayə verilməsi halları var: “Mənzillər həqiqətən də ehtiyacı olanlara satılmalıdır”.
Ə.Vəliyev bildirib ki, də 1000 manatdan aşağı maaş alanlara MİDA-dan mənzil almaq üçün agent bankların ipoteka vermir: “ Hazırda AMEA-da çalışan elmi işçilərin maaşı 800 manatdan aşağıdır, ona görə də bank elmi işçi və alimlərə ipoteka verməkdən imtina edir. O zaman haqlı olaraq sual yaranır: Güzəştli mənzillər kimin üçün nəzərdə tutulub? 1000 manatdan yuxarı maaş alanlara bank MİDA-dan güzəştli mənzil əldə etmək üçün ipoteka verirsə və onlar aztəminatlı sayılırsa, bəs 1000 manatdan az maaş alanlar hansı kateqoriya sayılır?”
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər