XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Tərtərlilər ölkəmizdə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə həvəslə qoşulublar

Tərtərlilər ölkəmizdə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə həvəslə qoşulublarAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da böyük ruh yüksəkliyi ilə qarşılanıb

Şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması və ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayonda geniş hazırlıq işləri görülür. Rayon ərazisində bir gündə 10 min ağac tinginin əkilməsi nəzərdə tutulub. Ağaclar Tərtər-Bərdə, Tərtər-Hindarx, Tərtər-Şıxarx, Tərtər-Gəncə avtomobil yollarının kənarlarında, Tərtər şəhərində və rayonun kəndlərində əkiləcək. Artıq ağac əkini üçün nəzərdə tutulan ərazilərin böyük hissəsində sahələrin təmizlənməsi, hamarlanması, cızların çəkilməsi, çalaların qazılması və digər hazırlıq işləri başa çatıb. Tərtərlilər bu humanitar tədbirdə fəal iştirak edəcək və ətraf mühitin sağlamlaşdırılmasına öz töhfələrini verəcəklər.
Tərtərlilər ölkəmizdə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə həvəslə qoşulublar
Tərtərlilər ölkəmizdə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə həvəslə qoşulublar
Bölmə: Bölgə | 04 noyabr 2019 17:53





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: