XƏBƏR LENTİ
Manatın MƏZƏNNƏSİ
15 noyabr 09:42
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Nar” gənclərin şəxsi inkişafına töhfə verməyə davam edir

“Nar” gənclərin şəxsi inkişafına töhfə verməyə davam edirÖlkənin ən gənc mobil operatoru “Nar”, gənclərin şəxsi və peşəkar inkişafına təkan verən təşəbbüsləri dəstəkləməyə davam edir

Belə ki, mobil operator dünyanın ən böyük tələbə təşkilatı AIESEC-in təşkilatçılığı ilə ötən gün baş tutan “Networking. Global Volunteer və Peşəkar Mühit” tədbirinin baş sponsoru qismində çıxış edib. “Qlobal Könüllü” proqramının məzunlarını və ölkənin iri korporativ şirkətlərinin professionallarını bir araya gətirən tədbir gənclərə faydalı ünsiyyət qurmaq şansı yaradıb.

Qlobal mübadilə proqramı əsasında xaricdə təcrübə keçmək istəyən tələbələr elə həmin proqramın məzunları ilə görüşüb onların real təcrübələrini dinləyə biliblər. Bundan başqa, tədbirdə iş müsahibələrinin uğurlu keçməsi və düzgün peşə seçimi ilə bağlı mühüm məlumatlar paylaşılıb.

300-dən çox gəncin qatıldığı tədbirdə “Nar” hazırda mövcud olan iş imkanları və təcrübə proqramları ilə bağlı geniş məlumat təqdim edib.

Mobil operatorun həyata keçirdiyi layihələrlə bağlı daha ətraflı məlumat üçün nar.az saytına daxil ola bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
“Nar” gənclərin şəxsi inkişafına töhfə verməyə davam edir
Bölmə: İqtisadiyyat | 04 noyabr 2019 17:55





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: