XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Ana Vətən Partiyası seçkilərlə bağlı qərar verdi – Fotolar

Ana Vətən Partiyası seçkilərlə bağlı qərar verdi – FotolarAna Vətən Partiyası Ali Məclisinin iclası keçirilib.

Bolgexeber.com xəbər verir ki, iclasda ölkədə ictimai-siyasi durum və partiyanın vəzifələri, 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkiləri, təşkilati məsələlər müzakirə olunub.

Milli Məclisin deputatı Fəzail Ağamalı dünyada, regionda və ölkədə baş verən iqtisadi-siyasi proseslərdən rolundan, cənab prezdent İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi, sosial, siyasi, hüquqi və kadr islahatlarının ölkənin inkişafında ciddi nəticələr verən əhəmiyyətindən bəhs edib.

Bələdiyyə seçkilərində partiyanın fəal iştirakı ilə bağlı müvafiq qərar qəbul olunub.

Ali Məclisin yığıncağında təşkilati məsələlərə də baxılb, Ali Məclisə yeni üzvlər qəbul olunub. Yeni üzvlər arasında Şuşa batalyonunun komandiri, Qarabağ müharibəsi qazisi Fəxrəddin Cəfərov, partiya sədrinin siyasi məsələlər üzrə müavini Arzuman Abdulbəkirov yer alıblar.

İclasın sonunda Ana Vətən Partiyası Ali Məclisinin bəyanatı qəbul olunub.

Bəyanatda deyilir:

"2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra ölkəmiz öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Xalqımızın mütləq əksəriyyətinin dəstəyilə növbəti illər üçün prezident seçilən İlham Əliyev dərhal ciddi və inqilabi xarakter daşıyan islahatların daha geniş miqyas almasına və islahatların cəmiyyətimizin dərin qatlarını əhatə etməsinə start verdi.

Qısa zaman kəsiyində əhəmiyyətli nəticələr verən iqtisadi, sosial, siyasi, hüquqi, struktur və kadr islahatları yurddaşlarımız tərəfindən yüksək qiymətləndirildi və ümümxalq dəstəyi qazandı.

İslahatların aparılmasına mane olmağa çalışan anti-Azərbaycan və onun içində yer alan anti-milli dairələrin cəhdlərinin önündə xalqımızın dəstəyinə güvənən ölkə prezidenti, cənab İlham Əliyevin polad iradəsi dayandı və dayanmaqda davam edir. Əminik ki, bu siyasi iradə və onun ifadəsi olan islahatlar ölkəmizə ciddi uğurlar gətirəcək, onun beynəlxalq nüfuzunu daha da artıracaqdır.

Ana Vətən Partiyasının Ali Məclisi ölkə prezidenti, cənab İlham Əliyevin ardıcıl və sistemli mahiyyət daşıyan islahatlarını dəstəklədiyini və həyata keçirilən islahatlara maneçilik törətməyə çalışan anti-milli dairələrə qarşı xalqımızın apardığı mübarizənin bundan sonra da ön cərgələrində olacağını bir daha bəyan edir".
Ana Vətən Partiyası seçkilərlə bağlı qərar verdi – Fotolar
Ana Vətən Partiyası seçkilərlə bağlı qərar verdi – Fotolar
Ana Vətən Partiyası seçkilərlə bağlı qərar verdi – Fotolar
Bölmə: Ölkə | 04 noyabr 2019 17:58





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: