BolgeXeber.Com » Gündəm » İcra başçısı xaricdəki sərvətini oğlunun adına sənədləşdirib - Son 7 gündə + Sənədlər
İcra başçısı xaricdəki sərvətini oğlunun adına sənədləşdirib - Son 7 gündə + Sənədlər
5-11-2019, 09:24
Oxunub: 6 131
"Ziyəddin Əliyevdən daha bir xəbər var. Qubanın icra başçısı xaricdəki şirkətləri ilə bağlı sənədlərin ortaya çıxmasından təlaşlanıb".
Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki səhifəsində yazıb.
Bildirib ki, xüsusilə son günlər bəzi məmurlarla bağlı qərarlar cənab icra başçısını ciddi narahat edib və izi itirmək üçün bir həftə əvvəl Çexiyadakı şirkətinin təsisçiliyindən imtina edib: "Çexiya Maliyyə Nazirliyinin reyestr məlumatlarına görə bir həftə əvvəl, yəni oktyabrın 28-də Brnoda fəaliyyət göstərən AZ-SERVİCE NR SRO şirkətinin təsisçisi ilə bağlı dəyişikliklər edilib. Sənədlərə görə, şirkətin 100 faizlik payına sahib olan Ziyəddin Əliyevin adı təsisçilik hüququ ləğv edilib, şirkət bütünlüklə icra başçısının oğlu Nicat Əlibəylinin adına rəsmiləşdirilib.
Son proseslərdən sonra onun Çexiyadakı şirkətlə tələm-tələsik qərar qəbul etməsi onu deməyə əsas verir ki, bu barədə cənab Əliyevə kimlərsə məsləhət verib.
Reyestrə daxil edilmiş son məlumatlara görə icra başçısının Brnodakı şirkətinin aktivləri 14 milyon 849 min krona (650 min dollar) çatlb".
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə