BolgeXeber.Com » Xəbərlər » Gömrük işçisi vətəndaşın telefonunu müsadirə edib

Gömrük işçisi vətəndaşın telefonunu müsadirə edib

5-11-2019, 13:34
Oxunub: 2 615 Gömrük işçisi vətəndaşın telefonunu müsadirə edibHeydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında vətəndaş Ələsgər Əliyevin başına iş gəlib.

Reportyor.info-ya verilən məlumata görə, Moskvadan Bakıya uçan Ə.Əliyevin özü ilə gətirdiyi mobil telefon Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən məcburi şəkildə müsadirə olunub. Məlumatda deyilir ki, hadisə oktyabrın 19-da baş verib:

“Ələsgər Əliyev Moskvada bir tanışının xahişini yerinə yetirib. Onun verdiyi mobil telefonu Bakıda yaşayan bir yaxınına çatdırmalı imiş. Ancaq Bakı aeroportuna düşməyinə peşman olub.

Özünü Elşən kimi təqdim edən gömrük əməkdaşı telefonun ona çatacağını bildirib, vətəndaşı məcburi qaydada sənədə qol çəkdirərək telefondan imtina etdirib”. Vətəndaş Dövlət Gömrük Komitəsinə dəfələrlə müraciət etsə də, 16 gündür ki, qanunsuz müsadirə edilən telefonu geri ala bilmir.