BolgeXeber.Com » Xəbərlər » Oqtay Gülalıyevin müalicə xərcini kim çəkir?

Oqtay Gülalıyevin müalicə xərcini kim çəkir?

5-11-2019, 15:41
Oxunub: 2 318 Oqtay Gülalıyevin müalicə xərcini kim çəkir?Oqtay Gülalıyevin əməliyyatı “Baku City Hospital”da həyata keçirildiyi üçün əməliyyat xərcini özümüz çəkmişik

Ancaq Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətiriləndən sonra bütün xərclər dövlət tərəfindən qarşılanır.

Bu sözləri Axar.az-a bir neçə gün öncə yolu keçərkən avtomobil vurması səbəbindən ağır yaralanan və əməliyyat olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

Hüquq müdafiəçisinin hazırki durumundan danışan F.Gülalıyeva bildirib ki, həkimlər onun yaxşılaşması üçün əllərindən gələni edirlər:

“Oqtay Gülalıyevin vəziyyəti kritik-ağır olaraq qalır. Həkimlər əllərindən gələni edirlər. Ciddi nəzarət altındadır hazırda.

Bütün müalicə xərcləri xəstəxana tərəfindən həyata keçirilir. Əməliyyat, bilirsiniz ki, “Baku City Hospital”da oldu və ora da özəl klinika olduğu üçün xərcini özümüz çəkmişik. Ancaq Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətiriləndən sonra xərclər dövlət tərəfindən qarşılanır. Hələ bizə bircə dərman da aldırmayıblar. Ehtiyac olsa, təbii ki, özümüz də alacağıq. Ancaq hazırda bizə nə isə almağa imkan vermirlər. Bildiriblər ki, nə lazımdırsa, özümüz edəcəyik”.

F.Gülalıyeva bildirib ki, hüquq müdafiəçisinin özünə gəlməsi üçün zamana ehtiyac var:

“Həkimlərin sözlərinə görə, ən aşağısı 20-21 gündən sonra komadan ayıla bilər. Həkimlər deyir ki, xəstəni çox gecikdiriblər. Ümidlə gözləyirik, inşallah, tezliklə komadan ayılar”.

Xatırladaq ki, oktyabrın 29-u axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi piyada keçidindən yolu keçərkən avtomobil vurub. Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilsə də, sonradan özəl klinikaya aparılıb.

Onun müalicəsinə dəstəklə bağlı sosial şəbəkələrdə çağırışlar edilib, hətta azərbaycanlı milyarder Mübariz Mənsimov da ona edilən müraciətlərdən yazıb.

Bu müraciətlərin O.Gülalıyevin ailəsinə aidiyyəti yoxdur.