XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Azərbaycan Şahmat Olimpiadasının qalibi oldu

Azərbaycan Şahmat Olimpiadasının qalibi oldu16 yaşadək şahmatçılardan ibarət Azərbaycan yığması Türkiyədə keçirilən Olimpiadanın qalibi adını qazanıb.

Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayevadan ibarət milli komanda son turda qələbə sayəsində rəqibləri üçün əlçatmaz olub.

IX turda Çinlə üz-üzə gələn şahmatçılarımız 7-ci görüşlərindən də qalib ayrılıblar. Digər 2 matçda da heç-heçə edən yığma 16 xalla Şahmat Olimpiadasının çempionu adına yiyələnib.

Yarışda gümüş medallara Özbəkistan sahib olub. Asiyalılar millimizdən 1 xal geri qalıblar. İlk "üçlüy"ü 14 xalla Belarus qapayıb.

Qeyd edək ki, 48 iştirakçının qatıldığı Olimpiadada Azərbaycan 2 yığma ilə təmsil olunub. Digər təmsilçimiz Azərbaycan-Naxçıvan turnirdə 9 oyundan 3-də qalib gəlib, 2-də heç-heçə edib və 4-də uduzub.
Bölmə: İdman | 05 noyabr 2019 17:17





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: