BolgeXeber.Com » Sosial » Növbəti stansiya “Heydər Əliyev”

Növbəti stansiya “Heydər Əliyev”

15-04-2011, 11:30
Oxunub: 5 508
Milli Məclis yanında toponimiya komissiyasının iclasında Bakı Metropolitenin müraciəti əsasında metrostansiya adlarının dəyişdirilməsi məsələsinə baxılıb.

Komissiyanın üzvü Musa Quliyev deyir ki, təklif olunan adlar arasında seçim aparılaraq müəyyən tövsiyələr verilib. Toponimiya komissiyası "Əzizbəyov" stansiyasına “Heydər Əliyev prospekti” adını tövsiyə edib. "İnşaatçılar" stansiyasının yeni adı isə “Yasamal” olacaq.

Komissiya sədri Budaq Budaqovun Bakı Metropoliteninə göndərdiyi yekun cavabda "Ulduz"un "Şıxlınski", Biləcəri qəsəbəsinin avtovağzal ərazisində salınan yeni stansiyanın “Biləcəri qəsəbəsi”, həmin rayonda Axundov küçəsindəki stansiyanın "Mehmandarov" adlandırılması daha məqsədə uyğun sayılıb. "Bakmil" və Dərnəgül elektrik deposuna isə yeni adların seçilməsi tövsiyə olunub.

Qeyd edək ki, bu barədə yekun qərarı Bakı şəhər İcra Hakimiyyəti verəcək