XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Prezidentin siyasətini kimlər sabotaj edir? - 8 məcburi köçkün ailəsinə ev verilmir... - VİDEO

Prezidentin siyasətini kimlər sabotaj edir? - 8 məcburi köçkün ailəsinə ev verilmir... - VİDEOYaxın günlərə qədər Yasamal rayonunda yerləşən 2 nömrəli Tibb Texnikomunun yataqxanasında 157 məcburi köçkün ailəsi yaşayırdı

Bu ailələrdən 149-u köçürülüb, amma 8 ailə hələ ağır dözülməz şəraitdə yaşamağa məcbur edilib. Dövlət başçısının məcburi köçkünlərlə bağlı atdığı humanist addımlar kimlərə sərf etmir? 8 ailə nə üçün hələ də köçürülmür? Ümumiyyətlə, Qaçqın və Məcburi köçkünlərlə bağlı Dövlət Komitəsi və Yasamal rayon İcra Hakimiyyəti niyə susur? Bu 8 ailənin müraciətlərinə niyə cavab verilmir?
Məsələ ilə bağlı Bolge TV-nin əməkdaşları məcburi köçkünlərin yaşadığı 2 nömrəli Tibb Texnikomunun yataqxanasında olublar. Əməkdaşlarımız gördüklərindən sadəcə dəhşətə gəliblər. Video reportajdan da göründüyü kimi, bu günə qədər də yataqxanadan köçürülməyən 8 ailə dağıntıların altında qalıb: divarlar sökük, elektrik, su, qaz xətləri tamamilə yararsız hala salınıb. Uşaqlar, yaşlı insanlar soyuq havada buz kimi dörd divarların arasında yaşamağa məhkum edilib. Sual olunur: "Qaçqınkom" və Yasamal icra Hakimiyyəti bu 8 ailəyə qarşı bu haqsızlığı niyə edir? Axı məcburi köçkünlərin sosial durumu Prezident İlham Əliyev üçün ən həssas və prioritet məsələdir. Dövlət başçısı müşavirələrdə bu barədə dəfələrlə danışıb və məmurlara ciddi xəbərdarlıqlar da edib. Görünür, nəticə çıxarmaq əvəzinə öz "niyyət"lərini həyata keçirməklə məşğuldurlar. Birinci Vitse-Prezident Mehriban Əliyevanın məcburi köçkünlərə olan qayğısı, onlarla tez-tez görüşü də bir daha sübut edir ki, dövlət bu kateqoriyadan olan insanların problemlərinin həllini prioritet məsələ hesab edir. Bəs dövlət başçısının, Mehriban Əliyevanın bu istiqamətdə atdığı addımları sabotaj etmışək kimı lazımdır?
Sakinlər bildirirlər ki, bununla bağlı dəfələrlə aidiyyatı dövlət qurumlarına müraciət etmişik, amma bizi sayan yoxdur: "Hansı məcburi köçkün burda yaşamırdısa, imkanı var idisə, onlara daha tez ev verdilər. Nə məsələdir, bilmirik. Axı cənab Prezident belə tapşırmayıb bunlara. Bizə cavab verən yoxdur. Haqqımızı versinlər, dağıntılatın içində qalmışıq".
Məsələ bundadır ki, hələ də yataqxanada söküntülər arasında yaşayan bu ailələr həm də şəhid ailələridirlər. Onlar ailə üzvlərini müharibədə itirmiş şəxslərdirlər.
Öz dillərindən eşidin, İZLƏYİN!
Bolgexeber.com

Bölmə: Gündəm | 09 noyabr 2019 15:42





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: