XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Tərtər icra başçısının Evoğlu kəndində səyyar qəbul-görüşü keçirilmişdir

Tərtər icra başçısının Evoğlu kəndində səyyar qəbul-görüşü keçirilmişdirGörüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişdir.

Əvvəlcə rayon rəhbəri kənd sakinlərini qarşıdan gələn 9 noyabr Dövlət Bayrağı günü və 12 noyabr Konstitutsiya günü münasibətilə səmimi qəlbdən təbrik edib, onlara cansağlığı, ailə xöşbəxtliyi, yeni-yeni əmək nailiyyətləri arzuladı.

Sonra ölkəmizdə gedən surətli inkişafdan, Azərbaycanın Beynəlxalq aləmdə siyasi nüfuzunun günü-gündən artmasından, onun etibarlı tərəfdaş kimi tanınmasından, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Soçi şəhərində keçirilən “Valday ” Diskussiya Klubunun 7 illik iclasının plinar sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi tutarlı cavabdan-“Qarabağ Azərbaycandır və nida” danışdı. Bildirdi ki, möhtərəm Prezidentimizin çıxışının alqışlarla qarşılanması hər bir azərbaycanlını qürurlandırdı və Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində mövqeyinin dəyişməz olduğunu bir daha bəyan etdi.

İcra başçısı rayonda gedən tikinti-abadlıq işlərini, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətləri də dilə gətirdi. Qeyd olundu ki, rayon taxılçıları bu il buğda istehsalında hər hektardan 41,6 sentner məhsuldarlıq əldə ediblər.

Sahələrdən indiyədək 12 min tona yaxın “ağ qızıl”, 14 min 500 ton çuğundur toplanıb. Hazırda məhsul yığımı davam edir. Tərtərlilər pambıq yığımında məhsuldarlığa görə (33,9 sentner) birinci yerdədirlər.

Son beş ildə rayonda tikinti abadlıq işləri də geniş vüsət alıb, yeni yollar çəkilib, körpülər tikilib, inzibati binalar istifadəyə verilib. İndi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon şöbəsinin yeni inzibati binası, 240 yerlik bir, 100 yerlik iki yeni müasir körpələr evi-uşaq bağçası var.

Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin tikintisi gedir. Olimpiya İdman Kompleksində mini futbol meydançası, üzgüçülük hovuzu, əl oyunları, boks, taekvando, güləş üçün zallar, otel faəliyyət göstərəcək.

Şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlər Rəmzləri Muzeyi tikilir. Burada sərgi zalı ilə yanaşı inzibati və yardımçı otaqlar da olacaq. Bütün görülən işlərin mərkəzində insan amili, onun maddi rifah halının yaxşılaşdırılması durur.

Sonra Evoğlu kənd İƏD nümayəndə Elçin Mahmudov kənd haqqında məlumat verdi. İcra nümayəndəsi bildirdi ki, Evoğlu kəndinin 563 təsərrüfatı, 1625 hektar ərazisi var. Kənddə 2268 nəfər əhali yaşayır. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 mədəniyyət evi, 1 kitabxana, 1 körpələr evi-uşaq bağçası, 7 ticarət və iaşə obyekti, 3 məişət xidməti obyekti, 1 ATS, 12 subartezin quyusu fəaliyyət göstərir. Cari ildə 2 subartezian quyusu vurulmuşdur ki, onun da biri içməli su üçündür. Bu il Evoğlu kəndinin sakinləri 135 hektar buğda, 240 hektar pambıq, 45 hektar çuğundur əkmişlər. Hər hektardan 41 sentner taxıl, 30,5 sentner pambıq, 264 sentner çuğundur götürüblər. Hazırda pambıq və çuğundur yığımı davam edir.

Evoğlular bu il dövlətə 765 kiloqram barama təhvil veriblər.

İcra nümayəndəsi kənddə 1500 metr kəndarası yolun təmir olunduğunu, 3500 metr su arxının lildən təmizləndiyini, 150 ədəd şam ağacı, 2000 ədəd çəkil tinginin əkildiyini də bildirdi.

Sonra sakinlərin müraciətləri dinlənildi.

Kənd ağsaqqalı Şahin Hüseynov kənd sakinlərinin fasiləsiz içməli su, qaz, işıqla təmin olunduqları üçün Respublika Prezidentinə minnətdarlıqlarını bildirdi. Kəndin baş yolunun asfaltlanmasına, suvarmada olan çətinliklərin aradan qaldırılması üçün yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu qeyd etdi. Teyyub Əliyev gənc kadrların irəli çəkilməsinə görə ölkə rəhbərinə minnətdarlıq etdi. Təvəkkül Məhərrəmov isə elektrik təsərrüfatının yenidən qurulmasına, telefon nömrələrinin artırılmasına ehtiyac olduğunu bildirdi. Cəmilə Əzizova isə özünüməşğulluq layihəsi ilə bağlı heyvandarlıqla məşğul olmaq üçün 3 ildir ki, növbəyə durduğunu, lakin hələ də ona heyvan verilməməsi ilə bağlı müraciət etdi.

Edilən müraciətlərin həll ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.

Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.
Bolgexeber.com
Tərtər icra başçısının Evoğlu kəndində səyyar qəbul-görüşü keçirilmişdir
Tərtər icra başçısının Evoğlu kəndində səyyar qəbul-görüşü keçirilmişdir
Bölmə: Bölgə | 08 noyabr 2019 16:09





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: