Azərbaycanlı professorun sözləri Rusiyanı qarışdırdı
9-11-2019, 10:24
Oxunub: 4 027
Rusiyanın Ali İqtisadiyyat Məktəbinin azərbaycanlı professoru Həsən Hüseynov "Facebook” paylaşımına görə ictimaiyyətin sərt reaksiyasına səbəb olub.
Bolgexeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, statuslarının birində rus dili haqda "iyrənc” ifadəsini işlədən Hüseynov tənqid atəşinə tutulub. Bununla belə professor yazdıqlarına görə üzr istəmək fikrində olmadığını deyib. Onun sözlərinə görə, üzr istəməklə bağlı universitetin komissiyasından hər hansı bildiriş almayıb və yazdıqları onun şəxsi fikridir. "Kimin qarşısında üzr istəməliyəm, bir halda ki insanlar yazıb-oxuya bilmir, mahiyyəti başa düşmür?”, - deyə Hüseynov bildirib.
Xatırladaq ki, azərbaycanlı alim "Facebook” səhifəsində "Moskvada gündüz çıraqla belə başqa dillərdə nəsə tapmaq müşkül məsələdir. Təkcə ölkənin hazırda danışdığı və yazdığı iyrənc rus dilindən başqa...” yazıb. Hüseynov daha sonra açıqlamasında "iyrənc” deyərkən dili yox, həmin dildən istifadə formasını nəzərdə tutduğunu bildirib. O deyib ki, rus dilini mükəmməl hesab edir, ancaq "axmaqlar bu dildə danışanda dil uğursuz olur”.
Qeyd edək ki, daha əvvəl AİM-in elmi şurası Hüseynovdan ictimai şəkildə üzr istəməyi tələb etdiyi bildirilmişdi. O, bu addımı universitetin işgüzar nüfuzuna ziyan dəyməməsi üçün atmalı, məsuliyyətsiz və düşünülməmiş bəyanatına görə üzr istəməli idi.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər