BolgeXeber.Com » Siyasət » Mehriban Əliyeva Azərbaycan xalqını Bayrağı Günü münasibətilə təbrik edib

Mehriban Əliyeva Azərbaycan xalqını Bayrağı Günü münasibətilə təbrik edib

9-11-2019, 10:33
Oxunub: 3 289 Mehriban Əliyeva Azərbaycan xalqını Bayrağı Günü münasibətilə təbrik edibAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Birinci vitse-prezidentin paylaşımında deyilir:

"Əziz həmvətənlər!

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə hər birinizi təbrik edirəm! Qoy üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın! Xalqımıza cansağlığı, səadət, xoş günlər və sevgi, Vətənimizə isə rifah, sülh və tərəqqi arzulayıram!