BolgeXeber.Com » Şou-Biznes » Şeron Stoun “Əsas instinkt”dəki seksual səhnəni təkrarladı - VİDEO

Şeron Stoun “Əsas instinkt”dəki seksual səhnəni təkrarladı - VİDEO

11-11-2019, 16:27
Oxunub: 6 202 Şeron Stoun “Əsas instinkt”dəki seksual səhnəni təkrarladı - VİDEOAyaqlarını bir-birinin üzərindən aşırdığı məşhur səhnə onun bütün həyatını dəyişib

Hollivud aktrisası Şeron Stoun Berlində GQ jurnalının “İlin qadını” mükafatının təqdimatı zamanı “Əsas instinkt” filmindən məşhur erotik səhnəni təkrarlayıb.

61 yaşlı ulduz tədbirə açıq dekolteli qara mini donda qatılıb. O, səhnədə stulda oturub və motivasiya edən nitqlə çıxış edərək bildirib ki, həyatda əsas məsələ hər kəsin necə varsa elə də olmağıdır.

Stoun bildirib ki, ayaqlarını bir-birinin üzərindən aşırdığı məşhur səhnə onun bütün həyatını dəyişib.

“Xeyli il bundan əvvəl mən çəkiliş meydançasında oturmuşdum və rejissorum mənə dedi: “Sən alt paltarını çıxara bilərsənmi, çünki gözə çarpır, amma o, sənin əynində olmamalıdırlar. Heç nə görünməyəcək”. Mən də dedim ki, “əlbəttə”, - deyə aktrisa yada salıb.

Onun sözlərinə görə, o, bu anın həyatını dəyişdirəcəyini başa düşməmişdi. Bundan sonra aktrisa tamaşaçılardan onun ardınca təkrarlamalarını xahiş edərək, ayağını ayağının üstünə aşırıb. (oxu.az)