BolgeXeber.Com » İqtisadiyyat » Brauzer istifadəçilərin Azərbaycan üzrə pay bölgüsü açıqlanıb

Brauzer istifadəçilərin Azərbaycan üzrə pay bölgüsü açıqlanıb

11-11-2019, 18:12
Oxunub: 3 963 Brauzer istifadəçilərin Azərbaycan üzrə pay bölgüsü açıqlanıbBu ilin oktyabr ayında Azərbaycan brauzer bazarında “Chrome” istifadəçilərin aktivliyi sentyabr ayı ilə müqayisədə 0,3 faiz bəndi artıb.

“APA-Economics”in “Global Stats” statistika mərkəzinə istinadən verdiyi məlumata görə, noyabr ayının 1-nə “Chrome”un ölkə üzrə bazar payı 66,8% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 3,2 faiz bəndi azdır.

Son bir ay ərzində “Safari” brauzerin Azərbaycanda bazar payının həcmi 3,5 faiz bəndi artaraq noyabr ayının 1-nə 13,8% təşkil edib. Bu rəqəm ötən ilin eyni göstəricisindən 2,1 dəfədən çoxdur. “Safari” Azərbaycanın barauzer bazarında ikinci yeri tutur.

Üçüncü mövqedə 7,7% bazar payı ilə “Samsung İnternet” brauzeri qərarlaşıb. Bu brauzerin ölkə üzrə bazar payı cari ilin oktyabr ayında sentyabr ayı ilə müqayisədə 4 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 4,2 faiz bəndi azalıb.

Digər brauzerlər üzrə olan pay bölgüsü: “Opera” – 5,52%, “Firefox” – 1,96%, “Yandex” – 1,21%, “İnternet Explorer” – 0,66%, “Android” – 0,57%, “Edge” – 0,41% və s.