BolgeXeber.Com » Siyasət » Meksika eks-prezidentə siyasi sığınacaq verdi

Meksika eks-prezidentə siyasi sığınacaq verdi

12-11-2019, 10:27
Oxunub: 3 370 Meksika eks-prezidentə siyasi sığınacaq verdiBoliviyanın sabiq lideri Eva Morales Meksikadan siyasi sığınacaq alıb.

Bu barədə ölkənin xarici işlər naziri Marselo Ebrard elan edib.

O, Moraleslə telefonla danışdığını və siyasi sığınacaq təklifini qəbul etdiyini açıqlayıb.

“Biz Boliviya XİN-ə zəng edərək beynəlxalq qaydalara uyğun olaraq Moralesə ölkədən təhlükəsiz çıxışın təmin edilməli olduğunu bildirdik”-deyə Ebrard açıqlayıb.

Eva Morales bir neçə həftə davam edən etiraz mitinqlərindən sonra noyabrın 10-da istefa verdiyini açıqlamışdı.(Modern.az)