BolgeXeber.Com » Xəbərlər » “Bu məsələyə görə qohumlarımızı hədəf almaq düzgün deyil”

“Bu məsələyə görə qohumlarımızı hədəf almaq düzgün deyil”

13-11-2019, 09:53
Oxunub: 1 586 “Bu məsələyə görə qohumlarımızı hədəf almaq düzgün deyil”"Ümumiyyətlə əgər yetkinlik yaşına çatan bir şəxs tutaq ki,hansısa bir cinayət törədibsə buna görə onun əmisi, babası,yaxınları,hətta atası belə hüquqi məsliyyət daşımır"

Bu ilin avqustunda əvvəl mətbuatda Bakıda qadınlara qənim kəsilən gənc həbs olunması haqda məlumat dərc olunmuşdu. Məlumatda bildirilirdi ki, gənc müxtəlif adlarla yaxınlaşır, yaralayır, qarət edirmiş.

Onun qurbanlarından biri Sumqayıt sakini Sevinc Qənimova olub. Həmin xanım təzə tanış olduğu Orxan adlı şəxs tərəfindən avqustun 25-də, 08:00 radələrində, akademik Həsən Əliyev küçəsində kirayələdiyi evdə bıçaqlanıb. Yeni sevgilsi münaqişə zəminində çoxsaylı bıçaq zərbələri ilə onu kürək, sinə, baş və üz nahiyəsindən yaralayıb. Ağır vəziyyətdə olan qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İlkin dindirmə zamanı zərərçəkən ona təzə tanış olduğu Orxan adında şəxsin hücum etdiyini bildirib. Lakin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən operativ-axtarış tədbirləri nəticəsində fakt üzrə Bakı sakini saxlanılıb. Özünü Orxan kimi təqdim edən şəxsin əslində, 1999-cu il təvəllüdlü Qurbanlı Aslan Azər oğlu olduğu ortaya çıxıb.
Araşdırma zamanı məlum olub ki, həmin şəxs bir həftə öncə Məlahət Əli adlı qadına da hücum edərək, pul və qiymətli əşyalarını oğurlayıb. Məlum olub ki, 20 yaşlı şəxs müxtəlif adlar altında tənha qadınlarla tanış olaraq onların etibarını qazanmağa çalışıb. Daha sonra isə xəsarət yetirərək, həmin qadınları qarət edib.Bu faktlarla bağlı bağlı istintaq aparılıb.Bəzi mətbu orqanlar isə bu olaydan istifadə edərək həmin şəxsin “Polisə Dəstək” İctimai Birliyinin sədri , hüquqşünas-publisist Şəmsəddin Əliyevin və polis sistemində çalışan bir neşə şəxsin qohumu olduğunu əsas gətirərək onları qaralamağa çalışıblar.

Bu məsələnin qərəzli şəkildə bəzi mətbu orqanlarda bu cür təqdim edilməsi ilə bağlı saxlanılan şəxsin qohumlarından biri Bolgexeber.com-a bunları bildirdi:”Lap götürək ki, belə bir hadisə baş verib. Bunun üzərindən Şəmsəddin müəllimi hədəf almaq nə dərəcədə doğrudur? İkinci bir tərəfdən, məhkəmənin hökmü olmadan kiminsə cinayət törətdiyini və ya cinayətkar olduğunu iddia etmək olmaz. Təqsirsizlik Prezimpsiyası deyilən anlayış var.Şəmsəddin müəllimi uzun illərdi bütün şüurlu həyatını cinayətkarlıqla mübarizəyə həsr edib. Polis orqanlarında yüksək vəzifələrdə çalışıb.Bir cavan oğlunu Vətənə xidmət edərkən itirib. O da zabit olub. Şəmsəddin müəllimin nəvəsinin cinayəti subut olunsa belə, bunun Ş.Əliyevin ictimai fəaliyyətinə heç bir aidiyyəti ola bilməz.Ümumiyyətlə əgər yetkinlik yaşına çatan bir şəxs tutaq ki,hansısa bir cinayət törədibsə buna görə onun əmisi, babası,yaxınları,hətta atası belə hüquqi məsliyyət daşımır.Mənəvi baxımdan isə söhbət edilən məsələdə mümkün deyil ki,saxlanılan həmin şəxsin adıçəkilən yaxınları onun bu cür əməllərini təqdir etsinlər.
Bu həssas mövzulrda çox diqqətli olmaq lazımdır və belə məlumatı mətbutda dərc etməzdən əvvəl ölçülüb-biçilməlidir ki,bu tip məlumatların ümumiyyətlə cəmiyyətə nə xeyri ola bilər?! Hadisəyə obyektiv yanaşma əvəzinə nüfuzlu şəxsləri qərəzli şəkildə gözdən salmaq məqsədi ,niyyəti daşıyan,ucuz sensasiya naminə məlumatların,araşdırma adı ilə yayılması isə jurnalistə yaraşan iş deyil”
Bolgexeber.com olaraq bizdə öz tərəfimizdən bəzi mətbu orqanlar tərəfindən Şəmsəddin Əliyevə və cəmiyyətdə nüfuzu olan digər bəzi şəxslərə qarşı yönələn qaralama cəhdlərini pisləyirik.