BolgeXeber.Com » Xəbərlər » Şərurlu İsfəndiyar yenə də şikayətə səbəb olub... - NARAZILIQ...

Şərurlu İsfəndiyar yenə də şikayətə səbəb olub... - NARAZILIQ...

14-11-2019, 16:34
Oxunub: 2 090 Şərurlu İsfəndiyar yenə də şikayətə səbəb olub... - NARAZILIQ...Bakı şəhər Xətai rayonu Telnov küçəsi 23-də yerləşən "Şərur MTK" nın binaları,yəni Şərurlu İsfəndiyar kimi tanınan iş adamın inşa etdiyi binalarda antisanitariya baş alıb gedir

Vətəninfo.az-a bununla bağlı daxil olan məlumatda qeyd edilir ki,8 ədəd binanın 3-də Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərə mənzillər mənzillər bağışlayıb.Hal-hazırda binalar çox bərbad gündə olmasına baxmayaraq,Şərur MTK rəhbərliyi hər ay kamunallar yığır. Amma heç bir təmizlik yoxdu bu binalarda.Binanın arxası-qabağı, blokların içi zibil əlindən iy tutub iylənir.

Dəfələrlə Şərur MTK ofisinə zəng edib şikayət bildirilsə də "həll edərik" deyib sakinləri yola verirlər.Amma heç nə həll olunmayıb.Binanın qarajı yəni binanın altı su içərisində və binanın arxası sanki Balaxanı zibilliyidi.
Şərurlu İsfəndiyar yenə də şikayətə səbəb olub... - NARAZILIQ...
Şərurlu İsfəndiyar yenə də şikayətə səbəb olub... - NARAZILIQ...